Dentaz
Klinika idarəetmə platforması
Qəbul cədvəli, pasiyent kartı və odontoqram, kredit və taksitlər, iki kassa, laboratoriya axını, anbar və CRM — veb, Windows və macOS üçün bir platforma. Real klinikada hər gün işləyir.
Dizayn edirik, kod yazırıq, hərəkətə gətiririk. Klinikanı idarə edən sistemdən tutmuş videonu Azərbaycan dilində danışdıran süni intellektə qədər.
DentazKlinika idarəetmə platforması
Qəbul cədvəli, pasiyent kartı və odontoqram, kredit və taksitlər, iki kassa, laboratoriya axını, anbar və CRM — veb, Windows və macOS üçün bir platforma. Real klinikada hər gün işləyir.
Süni intellektlə video dublyaj
YouTube linki və ya MP4 yüklə, adi sözlə istədiyini yaz („qadın səsi, rəsmi ton”) və eyni videonu Azərbaycan dilində, hər cümlə öz anında səslənməklə geri al.
Developerlər üçün sosial şəbəkə
Developerlərin işlərini paylaşdığı, bir-biri ilə yazışdığı və iş tapdığı mobil tətbiq: tipli post kartları, birbaşa mesajlar, ictimai chat otaqları, CV ilə iş müraciəti və bildirişlər.
İstifadəçi axınları, interfeys sistemləri, prototiplər. Real işin necə getdiyini öyrənib ekrana gətiririk.
Rollar, icazələr, hesabatlar və inteqrasiyalar ilə mürəkkəb biznes sistemləri.
Android və iOS üçün bir kod bazası, push, media, mağazaya buraxılış.
Windows və macOS üçün imzalı tətbiqlər, avtomatik yenilənmə ilə.
Nitqin tanınması, tərcümə, səsləndirmə, LLM köməkçiləri — prototipdən canlı xidmətə.
Loqo, brend lövhəsi, marketinq saytı, pitch deck və motion video.
İşin real gedişini öyrənirik: kim, nə vaxt, nə ilə işləyir. Problem dəqiq yazılmayana qədər ekran çəkmirik.
Axınlar, prototip, brend. Hər qərarı real ssenari üzərində yoxlayırıq.
Qısa dövrələr, hər həftə işləyən versiya. Testlər, tiplər, kod baxışı.
Ehtiyat, miqrasiya sınağı, monitorinq. Buraxılışdan sonra da yanınızdayıq.
Fikriniz, prototipiniz və ya dirənmiş layihəniz var? Bir neçə cümlə yazın — 24 saat ərzində cavab veririk.