Dastan Studio
İşlərBacarıqlarProsesƏlaqə
dastanstudiomcc@gmail.comEN
← Bütün işlər
02Süni intellektlə video dublyaj

YouLaf

Videonu linklə ver — Azərbaycan dilində danışsın.

Rol
AI pipeline, full-stack, məhsul dizaynı, pitch və motion video
İl
2026
Status
Canlı demo
Texnologiyalar
React 19, Vite, Node.js, Express
Canlı demonu aç
Ümumi baxış

Xarici dildə olan təlim, mühazirə və məhsul videolarının demək olar ki, heç biri Azərbaycan dilində yoxdur. Sadə maşın dublyajının iki tipik xətası var: səs görüntüdən qaçır, „Xamarin”, „GitHub” kimi terminlər isə Azərbaycan hərfləri ilə oxunur və qəribə səslənir.

YouLaf hər cümləni Whisper vaxt nişanlarına görə ayrıca yaradır və orijinal ana yerləşdirir. Terminlər ekranda düzgün yazılır, amma düzgün tələffüz olunur — „Xamarin” „Zamarin” kimi səslənir.

30.0030 s klipin dublyajı — saniyəsi-saniyəsinə
≤50 s1 dəqiqəlik videonun emalı
1.6×maksimum nitq sürətləndirməsi
2Azərbaycan səsi: Banu və Babək
Necə işləyir

Whisper → Gemini → TTS → FFmpeg

01

Whisper

Vaxt nişanları ilə transkripsiya, məhsul adları üçün lüğət ipucu.

02

Gemini

Cümlə-cümlə kontekstli tərcümə, terminlərin qorunması, fonetik variant.

03

Edge TTS

Banu və Babək neyron səsləri, təkrar cəhd və Gemini ehtiyat səsi.

04

FFmpeg

Hər cümlə öz vaxtına, sürətləndirmə 1.6× ilə məhdud, final MP4.

Çətinliklər və həllər

Nə sındı, necə düzəldi

01
Problem

İlk prototip bütün mətn üçün tək audio yaradırdı — sinxron yox idi

Həll

Cümlə səviyyəsində vaxtlama. 30 saniyəlik klip tam 30.00 s qayıdır.

02
Problem

Google Translate limitə düşdü, lokal 3B model terminləri səhv tərcümə etdi

Həll

Kontekstli Gemini tərcüməsi və terminlərin qorunması.

03
Problem

„YouLaf” sözü „You Laugh” kimi eşidilirdi

Həll

Whisper üçün lüğət ipucu.

04
Problem

Pulsuz səs API-si buludda HTTP 500 qaytarırdı

Həll

Təkrar cəhdlər və Gemini səsinə avtomatik keçid.

05
Problem

YouTube serverin IP-sini blokladı

Həll

Yükləmə yolu, aydın mesaj və „nümunə ilə yoxla” düyməsi.

Texnologiyalar
React 19ViteNode.jsExpressPythonfaster-whisperGemini APIedge-ttsFFmpegyt-dlpElectronDockerRailway